Büdcədə neftin qiyməti 20 dollar azaldılır

Büdcədə neftin qiyməti 20 dollar azaldılır

Layihə Milli Məclisin növbədənkənar iclasında müzakirəyə çıxarılacaq

 

Azərbaycanın 2020-ci il dövlət büdcəsində neftin qiyməti dəyişdirilir. AYNA-nın Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı məsələ “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişiklik layihəsində Azərbaycan neftinin bir barelinin qiyməti 35 dollardan götürülüb.

 

Qeyd edək ki, bundan əvvəl neftin bir barelinin qiyməti 55 dollar müəyyən olunmuşdu.

 

Layihə Milli Məclisin avqustun 5-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.

Müəllif: Ayna.az      31 İyul 2020 17:42
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin