Əsas səhifə Haqqımızda Xəbər lenti

Şimal bölgəsindəki meşə yanğını söndürülüb

Şimal bölgəsindəki meşə yanğını söndürülüb

Dağlıq və dağətəyi ərazidə baş vermiş yanğının daha geniş yayılmasının qarşısı alınıb

 

Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddətdə söndürülüb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edək ki, yanğınla mübarizəyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub.

Müəllif: Ayna.az      31 İyul 2020 17:23
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin