Rayonlara gediş-gəlişin bərpa olunması müzakirə edilir - RƏSMİ

Rayonlara gediş-gəlişin bərpa olunması müzakirə edilir -       RƏSMİ

Yaqut Qarayeva: “Qərar qəbul olunan kimi, Operativ Qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək”

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı missiyasının yekunları ilə bağlı mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva koronavirusa yoluxma hallarından danışıb.

 

AYNA-nın xəbərinə görə, Qarayeva deyib ki, virusun özünü necə aparacağı, bununla bağlı proqnozların verilməsi çox çətindir: “Biz ümidlə yanaşırdıq ki, orduya dəstək yürüşündən sonra koronavirusa yoluxanların sayında artım baş verməyəcək. Buu gün yoluxmaların sayı stabildir. Stabil olmağa da davam edəcək. Buna uyğun hansı qərarların veriləcəyi isə artıq gələcəkdə müzakirə olunacaq məsələdir”.

 

Y.Qarayeva onu da deyib ki, çimərliklərin və rayonlara gediş-gəlişin açılması ilə bağlı məsələlər bu gün müzakirə mərhələsindədir: “Çimərliklərə getmək və orada hansı qaydalara riayət olunmasının vacibliyi, insanların hansı məsafədə dayanması məsələsi müzakirə edilir. Qərar qəbul olunan kimi, Operativ Qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək”.

 

“Məktəblərin və uşaq bağçalarının açılması ilə bağlı məsələlər də hazırda Operativ Qərargah və ÜST-ün missiyası tərəfindən bilikdə müzakirə olunur. Bu müzakirələrdə artıq məktəbləri açmış bəzi ölkələrin təcrübələri də müzakirə edilib. Vətəndaşlarımız üçün ən doğru qərar hansıdırsa, o qərar da qəbul olunacaq. Hər hansı bir qərar edildikdə bu barədə mütləq ictimaiyyətə məlumat veriləcək”, - deyə Qarayeva vurğulayıb.

Müəllif: Ayna.az      31 İyul 2020 16:20
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin