Hərbi həkim koronavirusdan vəfat edib

Hərbi həkim koronavirusdan vəfat edib

Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb

 

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus infeksiyasından vəfat edib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, vəfat edib.

Hərbi həkim koronavirusdan vəfat edib

 

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!

Müəllif: Ayna.az      31 İyul 2020 14:18
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin