İsmayıllıda “DOST Evi”nin tikintisi üçün pul ayrılıb

İsmayıllıda “DOST Evi”nin tikintisi üçün pul ayrılıb

Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ilkin olaraq 500 min manat pul ayırıb

 

Prezident İlham Əliyev İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, sərəncama əsasən, İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin layihələndirilməsi, ərazisinin genişləndirilməsi ilə bağlı köçürülmə və tikinti işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

 

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

Müəllif: Ayna.az      31 İyul 2020 12:16
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin