Bakıda bayram namazı qılındı

Bakıda bayram namazı qılındı

Bayram namazında məhdud sayda din xadmi iştirak edib

 

Qurban bayramı ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb. AYNA bildirir ki, bayram namazı məhdud sayda din xadminin iştirakı ilə Bakının Binəqədi rayonunda yerləşən “Heydər” məscidində qılınıb.

 

Qafqaz Müsəlmanları İdarəsinin göstərişinə uyğun olaraq koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il bayram namazı insanların kütləvi şəkildə məscidlərə toplaşması ilə gerçəkləşməyib.   

 

Qeyd edək ki, iyulun 31-i və avqustun 1-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

Müəllif: Ayna.az      31 İyul 2020 12:02
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin