Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

“Tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!”

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib. AYNA xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda deyilir:

 

"Əziz həmvətənlərim!

 

Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!”.

Müəllif: Ayna.az      31 İyul 2020 11:32
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin