Ermənistan Naxçıvan istiqamətində atəşkəsi pozub - RƏSMİ

Ermənistan Naxçıvan istiqamətində atəşkəsi pozub -     RƏSMİ

“Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”

 

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AyNA-ya bildirilib ki, Ermənistan mətbuatının yaydığı bu xəbər yalandır və həqiqəti tam əks etdirmir.

 

“Əksinə, Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az      31 İyul 2020 10:51
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin