“Azərsu” bu rayonların abonentlərindən üzr istəyir

“Azərsu” bu rayonların abonentlərindən üzr istəyir

Qaradağ, Binəqədi və Xətai rayonlarında suyun verilişində fasilə yaranıb

 

Bakının Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb. "Azərsu'" ASC-dən AYNA-ya verilən xəbərə görə, suyun verilməsində fasilə magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədardır.

 

“Yaranmış narahatlıqla əlaqədar "Azərsu'" ASC abonentlərdən üzr istəyir. Hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq”, - deyə qurumun açıqlamasında qeyd olunub.

Müəllif: Ayna.az      31 İyul 2020 10:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin