Prezident İlham Əliyev Mərakeş kralına məktub göndərib

Prezident İlham Əliyev Mərakeş kralına məktub göndərib

İlham Əliyev: "Azərbaycan və Mərakeş arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur"

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib. 

 

AYNA xəbər verir ki, məktubda deyilir: 

 

"Əlahəzrət,

 

Əziz qardaşım,

 

Ölkənizin milli bayramı münasibətilə Sizə və qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

 

Azərbaycan və Mərakeş arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, bu əlaqələr həm ikitərəfli əsasda, həm də beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

 

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Müəllif: Ayna.az      30 İyul 2020 19:49
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin