Türkiyə gəmiləri Kiprdə araşdırma aparacaq

Türkiyə gəmiləri Kiprdə araşdırma aparacaq

Sentyabrın 18-dək dənizçilərə xəbərdarlıq elan edilib

 

Türkiyəyə məxsus “Xeyrəddin Barbaros” seysmik araşdırma gəmisi, “Tanux-1” və “Apollo Moon” gəmiləri ilə birlikdə, Şimali Kiprin Türkiyə Nefti Anonim Şəriklik şirkətinə lisenziya verdiyi F regionunda seysmik tədqiqatlar aparacaq.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, regiona çatan hər 3 gəmi seysmik tədqiqatlar aparacağı üçün, sentyabrın 18-dək NAVTEX (Dənizçilərə xəbərdarlıq) elan edilib.

 

Qeyd edək ki, F regionu Cənubi Kiprin birtərəfli qaydada özünəməxsus elan etdiyi 2 və 3 nömərli yarımadalarda yerləşir.

Müəllif: Ayna.az      30 İyul 2020 18:56
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin