Əsas səhifə Haqqımızda Xəbər lenti

Amerikalı tələbəyə Moskvada 9 il həbs cəzası verilib

Amerikalı tələbəyə Moskvada 9 il həbs cəzası verilib

Moskvada polis işçilərinə hücum edən Trevor Ridə hökm oxunub

 

Moskvanın Qolovinski Məhkəməsi ABŞ-dan olan tələbə Trevor Ridi paytaxtdakı polis işçilərinə hücum etməsinə görə 9 il müddətinə azadlıqdan məhrum edib. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə məhkəmədən məlumat verilib.

 

28 yaşlı amerikalı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edilməsi, həyatı və ya sağlamlığı üçün təhlükə törətdikdə) ilə ittiham olunub. Tələbə cəzasını ümumi rejimli müəssisədə çəkəcək. Məhkəmə eyni zamanda iki zərərçəkmiş şəxsə dəymiş mənəvi ziyana görə təzminat olaraq Ridin hər birinə 100 min rubl ödəməsi haqqında qərar çıxarıb.

 

İstintaqın məlumatına görə, 16 avqust 2019-cu ildə Leninqradskoye şossesində yerləşən məhəllə sakinləri polisə bir neçə qadınla mübahisə edən sərxoş kişini sakitləşdirmək üçün müraciət ediblər. Sərxoş şəxs hadisə yerinə gələn polislərə müqavimət göstərməyə çalışıb. Onun şəxsiyyəti dəqiqləşdiriləndən sonra məlum olub ki, bu şəxs ABŞ-dan olan tələbə Riddir. Polis şöbəsinə aparılarkən Rid polis avtomobilində polisə hücum edib, sürücünün formasını cırıb, əməkdaşlara vuraraq yolda qəza vəziyyəti yaradıb.

 

Rid Şimali Texas Universitetinin tələbəsidir. Rusiyaya turist vizası ilə gəlib. Amerikalı Leninqradskoye şossesində yaşayan sevgilisi ilə sərxoş halda mübahisə edirmiş.

 

Ridin valideynləri ABŞ rəhbərliyindən bu işə diqqət yetirmələrini xahiş ediblər. 

Müəllif: Ayna.az      30 İyul 2020 17:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin