Rasim Balayev karantinə alınıb

Rasim Balayev karantinə alınıb

“Küçəyə çıxa bilmirəm, evə ərzağı uşaqlar alır”

 

Xalq artisti, aktyor Rasim Balayev 14 günlük karantinə alınıb. AYNA xəbər verir ki, bu barədə Kult.az-a Xalq artisti özü məlumat verib.

 

O bildirib ki, koronavirusa yoluxmayıb: “Bir neçə gün öncə müayinə üçün Türkiyəyə getmişdim. Beş gün orada qaldım. Hər şey yaxşıdır.

 

Səhhətim də normaldır. Yanvarda qardaş ölkədə əməliyyat olunmuşdum. May ayında müayinədən keçməli idim. Koronavirusa görə yollar bağlandı, gedə bilmədim. Təzəlikcə qayıtmışam. Ölkəyə dönən kimi 14 günlük karantinə aldılar. “ASAN Xidmət”ə zəng vurub səbəbini soruşdum. Dedilər ki, qayda belədir: xarici ölkədən qayıdanlar iki həftə evdən bayıra çıxmamalıdır. İndi küçəyə çıxa bilmirəm. Evə ərzağı uşaqlar alır”. 

Müəllif: Ayna.az      30 İyul 2020 14:46
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin