Əsas səhifə Haqqımızda Xəbər lenti

Kremldən Belarusda saxlanılan rus hərbçilərlə bağlı reaksiya

Kremldən Belarusda saxlanılan rus hərbçilərlə bağlı reaksiya

Peskov: “Rusiyanın Belarusdakı səfirindən və xüsusi xidmət orqanlarından ətraflı məlumat gözləyirik”

 

“Hazırda Kremldə rusların Belarusda saxlanmasına səbəb ola biləcək qanunsuz hərəkətləri barədə məlumat yoxdur”. AYNA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Peskov bildirib ki, məsələ dəqiqləşdirilir: “Biz rəsmi Minskin rusların Belarus ərazisində vəziyyəti gərginləşdirmək planlarına qoşulduqları haqqında açıqlamalar verildiyini görürük. Kreml Rusiyanın Belarusdakı səfirindən və xüsusi xidmət orqanlarından ətraflı məlumat gözləyir”.

 

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiyadan özəl hərbi muzdlulardan ibarət “Vaqner” döyüşçülərinin tutulması məsələsinə aydınlıq gətirməsini tələb edib.

 

Xatırladaq ki, Rusiyaya aid özəl hərbi şirkətinə məxsus 32 hərbçisi iyulun 29-da Minsk yaxınlığındakı sanatoriyada saxlanılıb. Bundan başqa Belarusun cənubunda daha bir rus hərbçi tutulub. Onların hamısının “Vaqner” özəl hərbi şirkətə xidmət etdiyi iddia olunur.

 

Belarus Təhlükəsizlik Şurasının Katibi Andrey Ravkov ölkəyə Rusiyadan təxribatlar törətmək üçün qrupların gələ biləcəyini söyləyib. Hazırda Belarus İstintaq Komitəsi araşdırma aparır. 

Müəllif: Ayna.az      30 İyul 2020 15:03
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin