Əsas səhifə Haqqımızda Xəbər lenti

Minskə hərbi texnika və əsgər yeridilir: Belarusda nə baş verir?

Minskə hərbi texnika və əsgər yeridilir: Belarusda nə baş verir?

“Vaqner” döyüşçülərinin Minsk yaxınlığında saxlanması Lukaşenkoda narahatlıq yaradıb

 

Belarusda bölgələrdə olan hərbi texnika və əsgərlər Minskə gətirilir. AYNA xarici KİV-ə istinadən bildirir ki, bu barədə belaruslu jurnalist Stepan Putilonun “NEXTA Live Telegram” kanalında məlumat verib.

 

Onların sözlərinə görə, hərbi texnikanı müşayiət edən avtomobillərin dövlət nömrə nişanı Vitebsk bölgəsinə aiddir. Zirehli texnikaların bir qatarı Belarus paytaxtının Mayakovski küçəsində yerləşən 5448 saylı hərbi hissəsinə daxil olub.

 

Jurnalistlərin verdiyi məlumata görə, paytaxta daxili qoşunlar, paraşütçülər və sərhədçilər yeridilir.

 

Qeyd edək ki, iyulun 29-da Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının üzvləri ilə təcili iclas keçirib. O, Rusiyaya aid özəl hərbi şirkətin (PMC) “Vaqner” döyüşçülərinin Minsk yaxınlığında saxlanması ilə bağlı vəziyyətə aydınlıq gətirməsini tələb edib.

 

Xatırladaq ki, muzdlular adlandırılan 32 rusdan ibarət qrup iyulun 29-da Minsk yaxınlığındakı sanatoriyada saxlanılıblar. “BelTA”nın verdiyi məlumata görə, rusiyalı turistlər üçün xarakterik olmayan davranışları və monoton hərbi tərzli geyimləri ilə diqqət çəkdikləri üçün Belarus hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar. Onların hamısının “Vaqner” PMC-də xidmət etdiyi iddia olunur. Hazırda Belarus İstintaq Komitəsi məsələ ətrafında araşdırma aparır. 

Müəllif: Ayna.az      30 İyul 2020 12:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin