Əsas səhifə Haqqımızda Xəbər lenti

Britaniyada son sutkada koronavirusa yoluxanların sayı məlum olub

Britaniyada son sutkada koronavirusa yoluxanların sayı məlum olub

İndiyə kimi ölkədə 301 455 koronavirusa yoluxma halı qeydə alınıb

 

Son sutkada Böyük Britaniyada daha 83 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

 

AYNA bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bununla da Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 45 961 nəfərə çatıb. Son gündə daha 763 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 301 455 koronavirusa yoluxma halı qeydə alınıb.

 

Bundan bir gün əvvəl 119 nəfər virusun qurbanı olub, 581 nəfərinsə virusa yoluxması təsdiqlənib.

Müəllif: Ayna.az      30 İyul 2020 05:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin