Xərçəng aşkar edən həkimlərə mükafat veriləcək

Xərçəng aşkar edən həkimlərə mükafat veriləcək
Bundan sonra adi dispanserizasiya müayinələrində xəstədə onkoloji xəstəlik aşkarlayan və xəstəni daha dəqiq  müayinələrə göndərən həkimlər 500-1000 rubl məbləğində əlavə mükafat alacaq. AYNA medicina.az-a istinadən xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunan layihə ictimai müzakirəyə çıxarılıb.
 
Ərazilər üzrə FOMS fondlarının ayıracağı büdcə bir xəstədə təsadüfi və ya dispanser müayinə zamanı ilk olaraq onkoloji xəstəliyi aşkar edib şübhələnən, daha sonra bu diaqnoz təsdiqlənəcəyi halda həmin poliklinika və ya yerli xəstəxana həkiminə 1000 rubl məbləğində pul verilməsini nəzərdə tutur.
 
Bu məbləği terapevt, pediatr, feldşerlər, eləcə də diaqnostik müayinədə iştirak edən digər tibb mütəxəssisləri – laborant, radioloq, rentgenoloqlar ala biləcək. Təkcə müəssisənin rəhbərləri mükafat ala bilməyəcək. 
 
Yeni qaydalar 2020-ci ildən qüvvəyə minəcək. İlkin hesablamalara görə, bir illik büdcə 1,2 milyard rubla çatacaq. 
 
Layihədə məqsəd həkimləri onkologiyanın erkən diaqnostikada maraqlı və diqqətli olmasını təmin etmək, onkoloji xəstələrin daha tez müayinə və müalicələrə cəlb etməkdir.
Müəllif: Ayna.az      31 İyul 2019 08:18
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin