Əsas səhifə Haqqımızda Xəbər lenti

ABŞ Suriyaya qarşı sanksiyaları daha da genişləndirib

ABŞ Suriyaya qarşı sanksiyaları daha da genişləndirib

ABŞ ərazisində onlara aid bütün mülkiyyət və maliyyə vəsaitləri bloklanır

 

ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) dəbdəbəli binalar tikintisi vasitəsilə Suriya hökumətinə vəsait qazandırdıqlarına görə bir fərd və 9 müxtəlif hədəf barəsində sanksiyalar tətbiq edib.

 

AYNA xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyinin açıqlamasına görə, bu addım 2019-cu ilin dekabr ayında qəbul edilmiş Qeysər Suriya Mülki Əhalisini Qoruma Aktı çərçivəsində sayca ikinci sanksiya əməliyyatı olub Suriya prezidenti Bəşşar Əsədin hökumətini iqtisadi cəhətdən dəstəkləyən sahibkar Vasim Ənvər əl Qəttan və ona məxsus şirkətlərə qarşı yönəlib.

 

Belə ki, ABŞ ərazisində onlara aid bütün mülkiyyət və maliyyə vəsaitləri bloklanır.

 

Bugünkü sanksiyaların tətbiq edildiyi hədəflər arasında Suriya münaqişəsi zamanı atəşkəsin əldə olunmasını əngəlləyən dörd şəxs də var.

Müəllif: Ayna.az      29 İyul 2020 21:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin