A seriyasında iddialılar qələbə qazanıb

A seriyasında iddialılar qələbə qazanıb

Milan təmsilçisi qalib gələrək ikinci pillədəki mövqeyini qoruyub.

 

İtaliya A seriyasında XXXVII tur başlayıb. AYNA-nın Apasport.az-a məlumatına görə, turun ilk günündə iki qarşılaşma baş tutub.

 

Çempionatın ən məhsuldar komandası olan “Atalanta” “Parma”nın qonağı olub. Meydan sahibləri ilk yarıda hesabı açsa da, Berqamo təmsilçisi görüşün sonlarındakı iki qolla qələbə qazanıb.

 

Mükafatlara digər iddialı “İnter” isə evdə “Napoli”ni qəbul edib. Milan təmsilçisi qalib gələrək ikinci pillədəki mövqeyini qoruyub.

 

Qeyd edək ki, tura iyulun 29-da yekun vurulacaq.

 

İtaliya A seriyası
XXXVII tur
28 iyul
“Parma” – “Atalanta” – 1:2
Kuluşevski, 43 – Maıinovski, 70, Qomes, 84
“İnter” – “Napoli” – 2:0
Dambrozio, 11, Martines, 74

Müəllif: Ayna.az      29 İyul 2020 06:28
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin