Notr-Damla bağlı maraqlı təklif

Notr-Damla bağlı maraqlı təklif

 Yarım il sərf ediləcəyi gözlənilir

 

Parisdə yerləşən “Gensler” bürosundan olan memarlar qrupu Notr-Damı ziyarət edə bilməyən möminlər və turistlər üçün müvəqqəti kilsə tikməyi təklif edib. AYNA azərtac-a istinadən xəbər verir ki, daha əvvəl Paris Notr-Dam kilsəsinin baş keşişi Patrik Şove Notr-Dam “sakinləri üçün müvəqqəti ev” tikməyə səsləyib.

 

Memarların planına görə obyekt kilsənin qarşısındakı meydanda quraşdırılacaq. Pavilyon möhkəm materiallardan, ehtimal ki, yandırılmış ağacdan, polikarbonat və politetraftoretilendən inşa ediləcək. Ziyarətə gələnlərin Notr-Damı görmələri üçün səcdəgahın arxasında iki mütəhərrik şəffaf panel quraşdırılacaq.

 

Mütəxəssislər ehtimal edirlər ki, sonradan bu pavilyondan digər məqsədlər üçün başqa şəhərlərdə də istifadə ediləcək. Bu təşəbbüsün həyata keçirilməsinə təxminən yarım il sərf ediləcəyi gözlənilir.

 

Xatırladaq ki, Paris Notr-Dam kilsəsində yanğın cari il aprelin 15-də axşamüstü baş verib. Yanğının mənbəyi kilsənin mərkəzi hissəsi, onun şpilinin bünövrəsinin yanı hesab edilib. Ekspertlər Notr-Dam kilsəsinin yenidən qurulmasına azı 10 il və bir neçə milyon avro tələb olunduğunu deyirlər. Lakin ölkə Prezidenti Emmanuel Makron kilsəni beş il ərzində bərpa etmək barədə niyyətini bildirib.

Müəllif: Ayna.az      31 İyul 2019 04:04
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin