Güclü külək Şəmkirdə 450 abonenti qazsız qoyub

Güclü külək Şəmkirdə 450 abonenti qazsız qoyub

"Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb 

 

Şəmkir rayonunun Qaracəmilli kəndində əsən güclü külək qaz təsərrüfatına ziyan vurub.

 

Bu barədə AYNA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, külək dam örtüyünü diametri 57 mm olan qaz xəttinin üstünə aşırıb. Bu səbəbdən 450 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      28 İyul 2020 21:50
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin