İngiltərə Premyer Liqası başa çatdı: 3 klub əsas liqanı tərk edir

İngiltərə Premyer Liqası başa çatdı: 3 klub əsas liqanı tərk edir

İngiltərəni UEFA ÇL-da “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” təmsil edəcək

 

İyulun 26-da futbol üzrə İngiltərə Premyer Liqasının 2019-2020-ci il mövsümünün sonuncu turunun oyunları keçirilib. AYNA-nın xəbərinə görə, çempionluğu vaxtından əvvəl təmin etmiş “Liverpul” səfərdə “Nyukasl Yunayted” komandası ilə qarşılaşıb. Oyun çempionun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Son turun ən maraqlı qarşılaşması “King Pover” stadionunda oynanılıb. “Lester Siti” öz meydanında “Mançester Yunayted” komandasını qəbul edib. UEFA Çempionlar Liqasına sonuncu vəsiqənin taleyinin həll olunduğu matçda Mançester təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

 

Turun digər görüşləri belə nəticələnib:

 

“Arsenal” - “Vatford” - 3:2;

 

“Börnli” - “Brayton” - 1:2;

 

“Çelsi” - “Volverhemton” - 2:0;

 

“Kristal Palas” - “Tottenhem” - 1:1;

 

“Everton” - “Bormunt” - 1:3;

 

“Mançester Siti” - “Norviç Siti” - 5:0;

 

“Southemton” - “Şeffild Yunayted” - 3:1;

 

“Vest Ham Yunayted” - “Aston Villa” - 1:1.

 

Mövsümün yekun turnir cədvəli

 

1. “Liverpul” - 99 xal

 

2. “Mançester Siti” - 81;

 

3. “Mançester Yunayted” - 66;

 

4. “Çelsi” - 66;

 

5. “Lester Siti” - 62;

 

6. “Tottenhem” - 59;

 

7. “Volverhemton” - 59;

 

8. “Arsenal” - 56;

 

9. “Şeffild Yunayted” - 54;

 

10. “Börnli” - 54;

 

11. “Southemton” - 52;

 

12. “Everton” - 49;

 

13. “Nyukasl Yunayted” - 44;

 

14. “Kristal Palas” - 43;

 

15. “Brayton” - 41;

 

16. “Vest Ham Yunayted” - 38;

 

17. “Aston Villa” - 35;

 

18. “Bormunt” - 34;

 

19. “Vatford” - 34;

 

20. “Norviç Siti” - 21.

 

Beləliklə, İngiltərəni UEFA Çempionlar Liqasında “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”, UEFA Avropa Liqasında isə “Lester Siti”, “Volverhemton” və “Tottenhem” komandaları təmsil edəcək.

 

Premyer Liqanı “Norviç Siti”, “Vatford” və “Bormunt” klubları tərk edir. Onları ikinci divizionundan “Lids Yunayted” və “Vest Bromviç” əvəzləyəcək. Digər bir vəsiqə uğrunda mübarizə isə davam edir.

Müəllif: Ayna.az      26 İyul 2020 22:34
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin