Əsas səhifə Haqqımızda Xəbər lenti

COVID-19-a yoluxan jurnalistin vəziyyəti ağır olaraq qalır

COVID-19-a yoluxan jurnalistin vəziyyəti ağır olaraq qalır

Həkim: “Süni tənəffüs cihazına qoşulu vəziyyətdədir”

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti stabil-ağır olaraq qalır. AYNA-nın xəbərinə görə, bu barədə Oxu.Az-a onun müalicə aldığı “Yeni Klinika” tibb müəssisəsindən məlumat verilib.

 

Klinikadan bildirilib ki, Ə.Fəqanoğlunun vəziyyətində ciddi dəyişiklik müşahidə edilmir: “Vəziyyəti ağırdır. Süni tənəffüs cihazına qoşulu vəziyyətdədir. Xəstə ağır sepsis vəziyyətindədir. Hazırki vəziyyətdə xəstəliyin gedişatı barədə hər hansı fikir söyləmək üçün çox tezdir”.

 

Xatırladaq ki, COVID-19-a yoluxan jurnalist Əmrah Fəqanoğlu iyulun 18-də “Yeni Klinika” tibb müəssisəsinə yerləşdirilib.

Müəllif: Ayna.az      24 İyul 2020 16:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin