Əsas səhifə Haqqımızda Xəbər lenti

Ağcabədi və Bərdədə karantini pozanlar cəzalandırılıb

Ağcabədi və Bərdədə karantini pozanlar cəzalandırılıb

Saxlanılan hər üç şəxs barəsində protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq olunub

 

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində karantin qaydalarını pozaraq, Ağcabədi rayonundan Bərdə rayonunun ərazisinə keçən şəxslər aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi tədbirlər nəticəsində Ağcabədi rayon sakini S.Səfərov idarə etdiyi avtomaşınla kənd yolları ilə Bərdə rayonu ərazisinə keçərkən, sərnişinləri - M.Quliyev və İ.Heydərovla birgə saxlanılıb.

 

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq olunub.

Müəllif: Ayna.az      24 İyul 2020 14:49
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin