Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan neftinin qiyməti 45 dolları ötüb

Azərbaycan neftinin qiyməti 45 dolları ötüb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

 

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar artaraq 43,36 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar ucuzlaşaraq 41,06 dollar təşkil edib.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Məlumata görə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar artaraq 45,14 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      24 İyul 2020 11:16
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin