Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiya hərbçiləri Ermənistanda təlimlərə başlayıb

Rusiya hərbçiləri Ermənistanda təlimlərə başlayıb

Hərbi manevrlər Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik fonunda aparılır

 

Ermənistanda Rusiya hərbçiləri ilə Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində planlaşdırılan təlimlər başlayıb. AYNA erməni mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.

 

O, qeyd edib ki, Ermənistan və Rusiya hərbçiləri şərti düşmənin kəşfiyyat və zərbə PUA-larına (Pilotsuz Uçuş Aparatı) qarşı mübarizə bacarıqlarını tətbiq edirlər. Hərbi manevrlər Ermənistan-Azərbaycan sərhədində son günlər yaşanan gərginlik fonunda aparılır. 

Müəllif: Ayna.az      23 İyul 2020 16:56
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin