Əsas səhifə Haqqımızda Xəbər lenti

Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb

Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb

Rəhimovun əlaqədə olduğu şəxslər müəyyən edilir

 

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, məlum olub ki, koronavirus testinin nəticəsi pozitiv olan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, qaydaları pozaraq, yaşadığı ünvanı tərk edib. Dərhal şəhər ərazisində onun olduğu əraziyə həkim briqadası dəvət edilib. Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək, yaşadığı ünvana aparılıb.

 

Mingəçevir Şəhər Polis Şöbəsində Y.Rəhimovun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işinə başlanılıb və o, polis nəzarətinə götürülüb.

 

Y.Rəhimovun əlaqədə olduğu şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az      23 İyul 2020 13:57
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin