Ayasofya, İstanbul, Şuşa…

Ayasofya, İstanbul, Şuşa…

“İstanbul mütləq fəth ediləcəkdir. Onu fəth edən komandan nə gözəl komandan, o ordu nə gözəl ordudur”

 

Sonuncu kursda idim, diplom işi yazırdım. Atam Moskvaya ezamiyyətdən hər zamankı kimi kitablarla qayıtmışdı. Kitablardan biri görkəmli ingilis tarixçisi ser Stiven Ransimenin (ing. Sir James Runciman, 1903-2000) Konstantinopolun süqutu ilə bağlı yenicə çıxmış bir kitab idi (“Падение Константинополя в 1453 году”, Наука, 1983). Əlimi kitaba uzadanda atam vermədi, sərt baxışı “Diplomunu müdafiə elə, sonra” deyirdi. Diplom rəhbərim prof. Vaqif Pirməmmədov (oxuduğum “Tətbiqi riyaziyyat” kafedrasının müdiri) də zatən məni tələsdirirdi. Ancaq bəzən atamdan gizlin kitabı özümlə aparırdım ki, heç olmazsa metroda oxuyum. Kafedrada yaxalananda Vaqif müəllim başını bulayır, ancaq məni istədiyindən səsini çıxartmırdı.

 

Kitaba giriş sözünün iki erməni şərqşünas – Petrosyan və Yüzbaşyan (И.Е. Петросян, К.Н. Юзбашян) tərəfindən yazıldığı məni yamanca əsəbləşdirmişdi. Ermənilərin 2-3 səhifəlik giriş sözünü oxuyanda onların nə qədər keyfiyyətsiz mətn yazdıqlarını gördüm. Ancaq girişin ilk sözü ömürlük hafizəmə həkk olundu:

 

“Вторник 29 мая 1453 г. является одной из важнейших дат мировой истории”

 

Bu cümlənin hafizəmdə qalmasının səbəbi cümlənin başındakı “Вторник”  sözü idi. Çünki Ransimenə qədər oxuduqlarımda İstanbulun həftənin hansı günü alındığına rast gəlməmişdim. Tarix Konstantinopol fəth edildikdən sonra ilk cümə namazının Ayasofya kilsəsində qılındığını, namazı da Padişah Fatih Sultah Mehmet Hanın müəllimi Akşemseddin tərəfindən qıldırdığını yazır. Mənim isə beynimə Fatihin İstanbulu hansı gün aldığı sualı girmişdi (Nə Google vardı, nə də düz-əməlli kitab). Həftənin neçənci günü girdilər Şəhərlər Şəhərinə, bir ortodoks (pravoslav) kilsəsini neçə günə namaz qılınacaq hala gətirdilər və s…

 

***

 

21 yaşlı Padişah həftənin ikinci günü ağ atın belində şəhərə girərək 1000 illik Bizans İmperatorluğuna son verdi. Onun əmri ilə Ayasofya kilsəsi 3 gün içində cümə namazı qılınacaq şəklə gəlməli idi. Üç gün üç gecə yüzlərlə insan kilsəni müsəlmanlar üçün namaz qılınacaq şəklə gətirdi. Mihrab tərəfindəki xristian freskalarının üstü mərmərlərlə qapadıldı, Fatih üçün müvəqqəti “Hünkar Mahfili” (Hökmdar üçün özəl məkan) yapıldı. Məbəddəki digər xristian müqəddəslərinin təsvirləri qapadıldı. Artıq hər şey hazır idi.

 

Cümə günü, 1 iyun 1453-də İstanbulu fəth edən osmanlılar axın-axın tarixi Ayasofyaya doğru hərəkət etdilər. Hafizlər “Aşr-ı Şerif” (on ayət) oxuyur, müəzzinlər təkbir və əzan söyləyirdilər. Fatih Ayasofyaya girir, içərini gəzdikdən sonra qübbəsinin böyüklüyü qarşısında yüksək səslə Hafizin beytini oxuyur:

 

Şukr-i hodâ ki herçi taleb kerdem ez hodâ

 

Ber muntehâyi himmet-i hod kâmrân şodem.

 

Yəni,

 

Şükr olsun Xudaya ki, nə dilədimsə ondan

 

Hər istəyim yerinə gəldi, şad oldum.

 

Aşıkpaşazade, Neşri, Solakzade kimi Osmanlı tarixçiləri namazı kimin qıldırdığı haqda fərqli fikirdədirlər. Ancaq çoxluq cümə namazını əslən Azərbaycan türkü olan Akşemseddinin qıldırdığını yazırlar.

 

Evliya Çelebi o tarixi hadisəni belə təsvir edir:

 

«Bütün müsləman gazilər hazır olub, salalar oxunub, müəzzinlər «Şübhəsiz Allah və mələkləri» ayətini oxuyanda Akşemseddin və Kara Şemseddin həzrətləri qalxıb Sultan Mehmedin qoltuğuna girdilər. Akşemseddin imaməsini Fatihin başına geydirdi, imaməsi üzərinə durna teli sancdı, əlinə isə bir qılınc verdi. Sağında Akşemseddin, solunda isə Kara Şemseddin olduğu halda təzimlə Fatih Mehmed Hanı minbərə çıxarıb davudi bir səslə «Elhamdü lillâhi Rabbi’lâlemîn» deyincə bütün Müsəlman gaziler feryad etdilər. Sultan xütbəni eda etdikdən sonra Akşemseddin həzrətləri Sultan Mehmed Handan izin alıb imamlıq yapdı»…

 

Yaxın dostlarım xatırlayacaqlar, mən bu səhnəni dostlarıma danışmağı çox sevirəm. Və hər danışanda gözlərim dolur, bəzən də fasilə edirəm özümü toparlamaq üçün. Son zamanlar isə artıq nəql edərkən gözümün qabağına Ayasofya, İstanbul deyil, Şuşa gəlir. İnanmaq istəyirəm ki, o gün çox yaxındır (Bu sətirləri yazarkən də gözlərim buğlandı)…

 

***

 

Diplomu müdafiə etdim. Ancaq Ransimenin kitabının bir neçə fəslini oxuya bildim. Bizi Naxçıvana 3 aylıq hərbi təlimə apardılar. Şəhərin mərkəzindəki sovet ordusunun rabitə batalyonunda axşamlar yanımda gətirdiyim kitabı oxuyur, səhər uşaqlara danışırdım. Sovetin hələ dağılmadığı, ancaq sallanmağa başladığı illərdi. Fakultəmizdəki erməni uşaqlar məni pan-türkçü təbliğatı aparıram deyə hərbi kafedranın müdiri, polkovnik Kazakbayevə şikayət etdilər. O da məni yanına çağırıb dedi ki, düz edirsən, qorxma, kimsə sənə bir şey edə bilməz, onlara de ki, “Казакбаев сам пантюркист” (Kazakbayev özü də pan-türkçüdür). Polkovnik əslən qazaxstanlı idi, üzdən Oljas Süleymenova oxşayırdı bir az…

 

***

 

Kitabı 3 ay sonra Bakıya qayıdanda bitirdim. Doğrusu sonralar İstanbulun fəthi ilə bağlı o qədər çox kitab, məqalə oxudum ki, indiki hafizəmdə qalanlar hamısının “miks” olunmuş halıdır. Aspirant olduğum illərdə elmi rəhbərim, akademik Azad Mirzəcanzadənin şəxsi kitabxanasından da bəhrələnmişdim. Zamanla Corc Oruellin və onun nəhəng “1984” romanının adlarını eşitdim. Azad müəllimdən öyrəndim ki, məgərsə Ransimen və Oruell əfsanəvi  İton (Eton) kollecində bir oxuyub və yaxın dost olublar. Kitaba, onun müəllifinə sevgim daha da artdı.

 

2003-də Ankaradan İstanbula köçdüm. İstanbul universitetinin rektoru Mesut Parlakla görüşdə öyrəndim ki, məgərsə ser Stiven Ransimen 1942-45 illərdə bu ali məktəbdə Bizans incəsənəti üzrə professor olaraq çalışıb. Onun burada Səlib yürüşlərilə bağlı araşdırmaları bu gün Avropada çox məşhur olan “History of the Crusades” (Səlib Yürüşlərinin Tarixi) adlı kitabının çıxmasına səbəb olur.

 

***

 

İndi, bu məqaləni bitirməyə çalışdığım günlərdə 6 əsr əvvəlki kimi Ayasofyada hazırlıq işləri gedir. Rəcəb Tayyib Ərdoğanın tarixi bir qərarı ilə Ayasofya yenidən ibadətə açılır. Çox sayda dostum günlərdir bu qərarla bağlı fikrimi sorurlar. Əslində bu məqalə də bir baxıma elə bu suala cavabdır.

 

Ayasofyanın tarixinə baxaq:

 

Pravoslav kilsəsi     537-1204

 

Katolik kilsəsi          1204-1261

 

Pravoslav kilsəsi     1261-1453

 

Cami                         1453-1934

 

Muzey                      1935-2020

 

Cami                         2020

 

Göründüyü kimi Ayasofya 481 il cami olmuşdur. Atatürk II Dünya müharibəsi öncəsində xristian dünyasının təzyiqini azaltmaq məqsədi ilə tarixi binanı muzeyə çevirir. Bu gün Ayasofyanın yenidən camiyə açılması isə Qılınc Haqqıdır, Fəthin simvolu olduğu üçün kimsə türk xalqına söz deyib, qərarını şübhə altına ala bilməz. Zatən Fatih Sultan Mehmet vəsiyyət edərək Ayasofyanı qurduğu bir fonda (Vakıf) devr etmişdi. Yəni, “kupçada” da “mal sahibi” bir türk vakıfdır.

 

Digər tərəfdən, müsəlmanlar üçün İstanbulun fəthi Məhəmməd Peyğəmbərin hədisilə müjdələnmişdir ki, onun mənəvi və ruhani əhəmiyyəti haqda əlavə nəsə deməyə ehtiyac yoxdur:

Index of /wp-content/uploads/2017/04/

 

 

» لَتُـفْتَحَنَّ  الْقُسْطَنْطِينِيَّةُ فَـلَنِعْمَ  الْأَمِيرُ  أَمِيرُهَا،  وَ لَنِعْمَ الْجَيْشُ  ذَلِكَ  الْجَيْشُ»

 

“İstanbul mütləq fəth ediləcəkdir. Onu fəth edən komandan nə gözəl komandan, o ordu nə gözəl ordudur”

 

Bu qeydlərimi ser Ransimenin o tarixi kitabından sətirlərlə deyil, ona giriş yazan iki erməninin sözləri ilə bitirmək istəyirəm. Onların aşağıdakı cümlələri yazarkən necə əzab çəkdiklərini çox yaxşı təsəvvür edirəm:

 

“Вторник 29 мая 1453 г. является одной из важнейших дат мировой истории. В этот день сквозь пролом в стене турецкие воины ворвались в Константинополь, и Византийская империя прекратила свое существование. С ее гибелью завершился огромный период развития человеческого общества и в жизни многих народов как Азии, так и Европы наступил крутой перелом, обусловленный характером турецкого владычества”.

 

 ***

 

Və Arif Nihat Asyanı xatırladım nöqtəni qoyarkən. Dönə-dönə oxudum və hər səfərində də “İstanbul” kəlməsini “ŞUŞA” deyə tələffüz etdim…

 

FETİH MARŞI

 

Yelkenler biçilecek, yelkenler dikilecek;

 

Dağlardan çektiriler, kalyonlar çekilecek;

 

Kerpetenlerle surun dişleri sökülecek

 

 

 

Yürü, hâlâ ne diye oyunda oynaştasın ?

 

Fatih’in İstanbul’u fethettiği yaştasın.!

 

 

 

Sen ne geçebilirsin yardan, anadan, serden….

 

Senin de destanını okuyalım ezberden…

 

Haberin yok gibidir taşıdığın değerden…

 

 

 

Elde sensin, dilde sen, gönüldesin baştasın…

 

Fatih’in İstanbul’u fethettiği yaştasın.!

 

 

 

Yüzüne çarpmak gerek zamanenin fendini…

 

Göster : Kabaran sular nasıl yıkar bendini ?

 

Küçük görme, hor görme, delikanlım kendini

 

 

 

Şu kırık abideyi yükseltecek taştasın;

 

Fatih’in İstanbul’u fethettiği yaştasın.!

 

 

 

Bu kitaplar Fatihtir, Selimdir, Süleymandır.

 

Şu mihrap Sinanüddin, şu minare Sinandır.

 

Haydi artık uyuyan destanını uyandır.!

 

 

 

Bilmem, neden gündelik işlerle telaştasın

 

Kızım, sen de Fatihler doğuracak yaştasın.!

 

 

 

Delikanlım, işaret aldığın gün atandan

 

Yürüyeceksin… Millet yürüyecek arkandan !

 

Sana selam getirdim Ulubatlı Hasandan ….

 

 

 

Sen ki burçlara bayrak olacak kumaştasın;

 

Fatih’in İstanbul’u fethettiği yaştasın.!

 

 

 

Bırak, bozuk saatler yalan yanlış işlesin !

 

Çelebiler çekilip haremlerde kışlasın!

 

Yürü aslanım, fetih hazırlığı başlasın…

 

 

 

Yürü, hâlâ ne diye kendinle savaştasın ?

 

Fatih’in İstanbul’u fethettiği yaştasın.!

Müəllif: İbrahim Nəbioğlu      23 İyul 2020 13:42
İbrahim Nəbioğlu bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin