Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan neftinin qiyməti bir dollardan çox düşüb

Azərbaycan neftinin qiyməti bir dollardan çox düşüb

“Azeri Light”ın bir barrelinin qiyməti 44,67 dollar təşkil edib

 

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar artaraq 44,43 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar bahalaşaraq 42,04 dollar təşkil edib.

 

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,07 dollar ucuzlaşaraq 44,67 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      23 İyul 2020 11:02
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin