Əsas səhifə Haqqımızda Xəbər lenti

Orduya könüllü yazılanların sayı 55 mini keçib

Orduya könüllü yazılanların sayı 55 mini keçib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 55 mindən çox vətəndaş qeydiyyata alınıb

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllü olaraq iştirak etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətləri davam edir.

 

Xidmətdən AYNA-ya bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 55 min 130-dan çox vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Müəllif: Ayna.az      22 İyul 2020 17:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin