“Mən də əsgərəm” - “Mədəniyyət” kanalı yeni layihəyə başlayıb

“Mən də əsgərəm” - “Mədəniyyət” kanalı yeni layihəyə başlayıb

Ramil Qasımov: “Mədəniyyətlə məşğul olan hamı bu layihədə iştirak edə bilər”

 

“Mədəniyyət” kanalı yeni “Mən də əsgərəm” adlı layihəyə bu gündən start verib. AYNA-nın xəbərinə görə, bu barədə kanalın direktoru Ramil Qasımov məlumat verib.

 

Onun sözlərinə görə, layihənin həyata keçirilməsində əsas məqsəd müharibə şəraitində olan ölkəmizdə gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, gənclərdə Vətənə sevgi hissi formalaşdırmaq, onlarda mübarizə ruhunu daha da artırmaqdır.

 

“Bildiyiniz kimi, son günlər cəhbə xəttində, xüsusilə Tovuz istiqamətində baş verən hadisələr xalqımızın mübarizə əzmini bir daha bütün dünyaya göstərdi. “Mən də əsgərəm” layihəsi vasitəsilə hər bir istedadlı və yaradıcı şəxs öz yaradıcılığı ilə gəncləri vətənpərvərliyə, mübarizəyə səsləyə bilər. Azərbaycan mədəniyyətinə, incəsənətinə xidmət edən hər kəs - bəstəkar, musiqiçi, heykəltaraş, rəssam, aktyor, rejissor, bir sözlə, mədəniyyətlə məşğul olan hamı bu layihədə iştirak edə bilər”, - deyə R.Qasımov əlavə edib.

 

TV direktoru Vətəninə xidmət etmək istəyən incəsənət xadimlərini bu layihədə iştiraka dəvət edib.

 

Layihədə iştirak etmək istəyənlər vətənpərvərlik mövzusunda olan əsərini 2 dəqiqədən artıq olmamaq şərti ilə çəkərək +99450-492-14-58 nömrəsinə “WhatsApp” vasitəsilə göndərə bilərlər.

 

Layihə başa çatdıqdan sonra iştirakçılar “Mədəniyyət”kanalının təşkilatçılığı ilə keçiriləcək Telefestivalda iştirak edəcəklər. 

Müəllif: Ayna.az      22 İyul 2020 15:23
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin