Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan qazı TANAP-la Türkiyə-Avropa sərhədinə çatdırılıb

Azərbaycan qazı TANAP-la Türkiyə-Avropa sərhədinə çatdırılıb

Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qaz Türkiyə-Avropa sərhədinə çatdırılıb.

SOCAR-dan AYNA-ya verilən məlumata əsasən, 2018-ci il yanvarın 23-də TANAP-a Gürcüstan-Türkiyə sərhədindən daxil olan “Şahdəniz” qazı 2019-cu il iyunun 15-də tarixi bir gündə - Qurtuluş günündə Avropa sərhədinə çatdırılıb.

İstifadədə olan bir il ərzində TANAP-la Türkiyəyə 1,8 mlrd. kubmetr qaz nəql edilib. Cari ilin sonunadək kəmərlə Türkiyəyə 3 mlrd. kubmetr qaz nəql etmək planlaşdırılır.

17 İyun 2019 13:00
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin