Əsas səhifə Haqqımızda Xəbər lenti

Düşməndən sərhəddə yeni təxribat: İki erməni hərbçi yaralanıb - RƏSMİ

Düşməndən sərhəddə yeni təxribat: İki erməni hərbçi yaralanıb -     RƏSMİ

Vaqif Dərgahlı: “Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır”

 

“Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil  gərgin olaraq qalır. Cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur”. AYNA xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

 

O, qeyd edib ki, düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır: “Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun iki hərbi qulluqçusu ağır yaralanıb”.

 

Qeyd edilib ki, bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.

Müəllif: Ayna.az      21 İyul 2020 15:53
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin