Əsas səhifə Haqqımızda Xəbər lenti

Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılır

Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılır

Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmalarına icazə veriləcək

 

Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılacaq. AYNA bildirir ki, bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, yaxın günlərdə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmalarına icazə veriləcək. Vətəndaşlar hər gün saat 10:00-13:00-da sərhəd keçid məntəqələrindən ölkələrinə keçə biləcəklər.

 

Bildirilib ki, məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyəti qurumları arasında razılıq əldə edilib və sərhədlərin açılacağı tarix müəyyənləşdirilir.

 

Gürcüstana qayıdan şəxslərin 14 gün müddətinə karantində saxlanılacağı bildirilib. 

Müəllif: Ayna.az      21 İyul 2020 14:09
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin