Əsas səhifə Haqqımızda Xəbər lenti

Ermənistana məxsus iki taktiki PUA məhv edilib - RƏSMİ

Ermənistana məxsus iki taktiki PUA məhv edilib -     RƏSMİ

Düşmənin kəşfiyyat uçuşları keçirməsi cəhdinin qarşısı alınıb

 

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

 

AYNA bildirir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

Müəllif: Ayna.az      21 İyul 2020 10:41
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin