"Leqanes" onun rəhbərliyi altında mövsümü 36 xalla tamamlayıb
İspaniya La Liqasında mövsüm başa çatan kimi, ilk baş məşqçi dəyişikliyi reallaşıb.
AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, "Leqanes" çalışdırıcısı Xavyer Aqirreni istefaya göndərib.
Buna səbəb komandanın 18-ci yeri tutaraq La Liqanı tərk etməsi olub. "Leqanes" onun rəhbərliyi altında mövsümü 36 xalla tamamlayıb.
Qeyd edək ki, Xavyer Aqirre "Leqanes"ə ötən ilin noyabrında təyin olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin