Əsas səhifə Haqqımızda Xəbər lenti

Tədris Cərrahiyyə Klinikasınının daha 25 əməkdaşı koronavirusa yoluxub

Tədris Cərrahiyyə Klinikasınının daha 25 əməkdaşı koronavirusa yoluxub

Yoluxanlardan 17 nəfəri həkim, həkim-rezident, 23 nəfəri orta tibb işçisidir

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasınının daha 25 əməkdaşı koronavirusa yoluxub. Bununla da Klinikada ümumilikdə COVİD-19-a yoluxanların sayı 58-ə çatıb. AYNA xəbər verir ki, bunu Modern.az-a açıqlamasında ATU-nun mətbuat katibi Günel Aslanova bildirib.

 

G.Aslanovanın sözlərinə görə, onlardan 17 nəfəri həkim, həkim-rezident, 23 nəfəri orta tibb işçisi, 18 nəfəri isə texniki işçidir: “Onlardan sağalıb evə gedənlər də var, hazırda müalicəsi davam etdirilənlər də var”.

Müəllif: Ayna.az      20 İyul 2020 14:54
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin