Əsas səhifə Haqqımızda Xəbər lenti

Soydaşlarımız BMT-nin qərargahının qarşısında toplaşdı - FOTO

Soydaşlarımız BMT-nin qərargahının qarşısında toplaşdı -     FOTO

İsveçrədəki etiraz aksiyasında Azərbaycana ədalət istənilib

 

BMT-nin Cenevrə şəhərindəki qərargahının önündə Ermənistan silahlı qüvvələrinin müstəqil Azərbaycanın Tovuz istiqamətində növbəti hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq böyük etiraz aksiyası keçirilib. Bu barədə AYNA-ya Diaspora Komitəsindən məlumat verilib.

 

İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının (İAKŞ) və İsveçrə Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən aksiyada diasporumuzun üzvləri ilə yanaşı türk cəmiyyətlərinin nümayəndələri də iştirak ediblər.

 

Tədbirdə İAKŞ əlaqələndiricisi Əkbər Gəncə, Beynəlxalq Demokratlar Birliyinin İsveçrə üzrə sədri Murat Şahin, Beynəlxalq İnsan Haqları və İnkişaf İttifaqı Dərnəyinin sədri Ender Demirtaş və başqaları çıxış ediblər. Natiqlər sülhpərvər, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan, bəşəri dəyərlərə böyük önəm verən müstəqil Azərbaycanın hər sınaqdan güclü olaraq çıxacağını, Dağlıq Qarabağın mütləq Ermənistanın işğalından azad olunacağına əminliklərini bildiriblər.

 

"Türk milləti olaraq azərbaycanlı qardaşlarımızın bugünə qədər olduğu kimi, bundan sonra da yanında olmağa davam edəcəyik. Bunu bir daha BMT binası önündən bütün dünyaya bəyan edirik" - deyə Murat Şahin söyləyib.

 

Çıxış edənlər BMT-dən Ermənistanın təxribatlarını və hücumlarını araşdırmaq üçün missiya təşkil etməyə, dünya birliyini işğalçı Ermənistana qarşı tədbirlər görməyə çağırıblar. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı, Ermənistanın işğalçı siyasətinə etiraz plakatlarının qaldırıldığı aksiyada "Azərbaycana ədalət!", "Dağlıq Qarabağ Azərbaycanındır!", "Ermənistanın işğalına son qoyulsun!" və sair şüarlar səsləndirilib.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      20 İyul 2020 11:26
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin