Cəbhədə son vəziyyət: Düşmənin xeyli itkisi, bizim şəhidimiz var

Cəbhədə son vəziyyət: Düşmənin xeyli itkisi, bizim şəhidimiz var

Ermənistanın 1 zirehli texnikası, 1 radioelektron mübarizə vasitəsi, döyüş postları və dayaq məntəqəsi məhv edilib

 

İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, hazırkı vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

 

Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

 

Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə cavab tədbirləri görür.

Müəllif: Ayna.az      16 İyul 2020 17:49
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin