“Həmin şəxslər layiqli cavablarını alacaqlar” – Hikmət Hacıyev

“Həmin şəxslər layiqli cavablarını alacaqlar” –     Hikmət Hacıyev

“Azərbaycan xalqının həmrəyliyinə kölgə salmaq istəyənlər təxribatlara əl atmağa başlayıblar"

 

“Ermənistan silahlı qüvvələrinin təxribatları davam edir”. AyNA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında bildirib.

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun bu təxribatların qarşısını aldığını vurğulayan Hikmət Hacıyev bildirib ki, Azərbaycan cəmiyyəti həmrəydir, yekdildir.

 

“Azərbaycan xalqının həmrəyliyinə kölgə salmaq istəyənlər təxribatlara əl atmağa başlayıblar. Həmin şəxslər də layiqli cavablarını alacaqlar. Azərbaycan gənclərinin vətənpərvərliyi dövlət tərəfindən də yüksək qiymətləndirilir. Dövlətimizin başçısı bildirdi ki, kim istəyirsə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə, orada təlimlərə cəlb oluna bilər. Gənclərimizin bu vətənpərvərliyi yüksək qiymətləndirilir”, - deyə Hacıyev bildirib.

 

Prezidentin köməkçisi qeyd edib ki, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar nəticə vermir. Ermənistanın cəzalandırılmaması onu yeni təxribatlara sövq edir.

Müəllif: Ayna.az      16 İyul 2020 14:53
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin