Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Nazirlər Kabinetinin sorğusuna baxılaraq, qərardad çıxarılıb

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Bu barədə AYNA-ya Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən bildirilib.

 

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

 

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 28-nə təyin edilmiş iclasında baxılacaq.

Müəllif: Ayna.az      16 İyul 2020 14:38
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin