Azərbaycan Ordusu toplardan erməniləri atəşə tutub? – RƏSMİ CAVAB

Azərbaycan Ordusu toplardan erməniləri atəşə tutub? –     RƏSMİ CAVAB

“Əksinə, bu gün Ermənistan silahlı qüvvələri Tovuzun kəndlərini atəşə tutublar”

 

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı guya bölmələrimizin sərhəddə təxribat törətməsi və erməni kəndlərinin tərəfimizdən atəşə tutulması barədə məlumatları təkzib edib. AYNA xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatlar həqiqəti əks etdirmir.

 

“Bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır. Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”, - deyə Müdafiə Nazirliyi qeyd edib.

Müəllif: Ayna.az      16 İyul 2020 14:09
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin