Rəsmi Ankaradan Ermənistana xəbərdarlıq: “Ağlını başına yığıb...”

Rəsmi Ankaradan Ermənistana xəbərdarlıq: “Ağlını başına yığıb...”

Türkiyə XİN Ermənistan XİN-in ittihamlarına cavab verib

 

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin ittihamlarına cavab verib. AYNA bildirir ki, cavab açıqlaması

Türkiyə XİN-in rəsmi saytında dərc edilib.

 

Qeyd olunub ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərini ört-basdır etmək üçün Türkiyəyə qarşı riyakar qaralama kampaniyası həyata keçirir: “Azərbaycan torpaqlarında illərdir qanunsuz işğalını həyata keçirən Ermənistanın ikiüzlü münasibəti Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına əngəl yaratmasını açıq-aşkar ortaya qoyur”.

 

“Bu cür ittiham və iftiralarla xarici siyasət yürütmək nə bölgəyə, nə də Ermənistana fayda verəcək. Ermənistan hakimiyyəti ağlını başına yığıb Cənubi Qafqazda problemlərin deyil, həll yollarının bir hissəsi olmağı tez bir zamanda öyrənməlidir”, - deyə açıqlamada virğulanıb.

Müəllif: Ayna.az      16 İyul 2020 12:10
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin