Azərbaycan neftinin qiyməti 45 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 45 dollara yaxınlaşır

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar geriləyərək 43,48 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar ucuzlaşaraq 40,84 dollar təşkil edib.

 

Azərbaycan neftinin qiyməti isə bir qədər bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,57 dollar artaraq 44,93 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      16 İyul 2020 10:46
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin