Tovuzda döyüş gedir - RƏSMİ

Tovuzda döyüş gedir -     RƏSMİ

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb 

 

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

İctimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az      16 İyul 2020 08:14
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin