Düşmən hərbi nəqliyyat vasitəmizi atəşə tutub

Düşmən hərbi nəqliyyat vasitəmizi atəşə tutub

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub

 

Azərbaycan-Ermənistan dövlət sərhədində, təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

 

DSX-nın Mətbuat Mərkəzindən AYNA-ya verilən məlumata görə, 2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.

 

Düşmən snayperləri tərəfindən atılmış güllələr, üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

Müəllif: Ayna.az      29 İyul 2019 15:42
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin