Milli Məclisin qarşısında intihara cəhd - VİDEO

Milli Məclisin qarşısında intihara cəhd  -       VİDEO

Gənc kişi parlamentin binası qarşısında özünü bıçaqlayıb

 

İyulun 15-də Milli Məclisin binasının önündə intihara cəhd olub. AYNA xəbər verir ki, hadisə barədə oxu.az-ın redaksiyasına video daxil olub.

 

Kadrlar şahidlər tərəfindən bu gün çəkilib. Görüntülərdə 25-30 yaşlarında bir kişinin özünə bıçaq zərbələri vurduğu və polis əməkdaşlarının onunla danışaraq, intihar etməsinin qarşısını almağa çalışdıqları görünür.

 

Sonradan məlum olub ki, polis əməkdaşları həmin şəxsi saxlayıb və vəziyyəti araşdırmaq üçün polis bölməsinə aparıblar.

 

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, özünə xəsarət yetirməyə cəhd edən şəxsin hərəkətlərinin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, ona ilkin tibbi yardım göstərilib və sərbəst buraxılıb.

 

Quluzadə Orxan əvvəllər analoji əməllərə görə, Cinayət Məcəlləsinin 221.3, 221.2.1 və 126.2.4 maddələri ilə məhkum olunub. O.Quluzadə bu gün səhər intihara cəhd edərkən sərxoş vəziyyətdə olub.

Müəllif: Ayna.az      15 İyul 2020 14:33
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin