Dəmir yolu keçidində baş vermiş qəza barədə rəsmi açıqlama

Dəmir yolu keçidində baş vermiş qəza barədə rəsmi açıqlama

“Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub”

 

“Azərbaycan Dəmir Yolları” QCS dəmir yolu keçidində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb. AYNA-ya daxil olan həmin məlumata görə, bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.

 

"İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı” avtomaşın drezinlə toqquşub. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb”, - deyə QSC-dən bildirilib.

 

Qeyd olunub ki, hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Müəllif: Ayna.az      29 İyul 2019 15:07
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin