"Real" çempionluq turu keçirməyəcək

"Real" çempionluq turu keçirməyəcək

"Titul qazanacağımız təqdirdə, azarkeşlərimizdən də bir yerə toplaşmamalarını xahiş edirik"

 

"Real" çempionluq turu təşkil etməyəcək. AYNA Apasport.az-a istinadən xəbər verir ki, bu barədə "kral klubu" rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

Madridlilər qeyd ediblər ki, əgər La Liqada çempion olsalar, koronavirus pandemiyası səbəbindən şəhər meydanında doğru hərəkət etməyəcək. Bununla bağlı azarkeşlərə xəbərdarlıq edilib: "Finişə iki tur qalıb. Həm biz, həm də "Barselona" çempionluq şansını qoruyur. Əgər "Real" çempion olsa, oyunçularımız ənənəvi yerlərə, xüsusən də, Sibeles meydanına getməyəcəklər. Titul qazanacağımız təqdirdə, azarkeşlərimizdən də bir yerə toplaşmamalarını xahiş edirik".

 

Qeyd edək ki, "Real" sona 2 tur qalmış ən yaxın izləyicisi "Barselona"nı 4 xal qabaqlayır.

Müəllif: Ayna.az      15 İyul 2020 05:12
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin