Azərbaycanın rayon və şəhərlərində Ordumuza dəstək yürüşləri keçirilib - FOTOLAR

Azərbaycanın rayon və şəhərlərində Ordumuza dəstək yürüşləri keçirilib -         FOTOLAR

Şəhidlərimizlə vida mərasimində minlərlə şəxs iştirak edib

 

Bu gün Azərbaycanın rayon və şəhərlərində Ordumuza dəstək yürüşləri keçirilib. 

 

AYNA-nın məlumatına görə, iyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Bu cəhdin qarşısını alarkən Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha bir neçə hərbçimiz şəhid olub. 

 

Azərbaycan Ordusu düşməni geri otuzdurub. 

 

Şəhidlərimizlə bu gün keçirilmiş vida mərasimində minlərlə şəxs iştirak edib, həmçinin, Bakı və Sumqayıtda da orduya dəstək yürüşləri keçirilib.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      14 İyul 2020 23:58
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin